
Media FM
TƏPTƏZƏ
Media FM-in “Təptəzə” səhər şousu qaynar kofe, soyuq duş təsirinəmalikdir. Hazırladığımız müsabiqələrlə dolu şoumuzun məqsədidinləyiciləri 105.5 FM dalğasına kökləmək və 2 saat boyunca əhvalı zirvədə saxlamaqdır.“Təptəzə” şousu – səhərlər yuxudan oyanmaq üçün sizə stimul verəcək.Əmin olun ki, yatağınızla çox asanlıqla sağollaşacaqsınız.*Aparıcılarımız:*Emil və Kamran isə bu işdə təkanverici qüvvə olacaqlar. Onlar sizingünə yaxşı başlamağlınız, işə təbəssümlə getməyiniz üçün əllərindən gələniedirlər. Əbəs yerə demirlər ki, bütün vacib işləri səhər görmək lazımdır.“Təptəzə” olaraq əhvalınızı xoş etmək də bizim ən vacib işimizdir.“Təptəzə” ilə müsabiqələr və hədiyyələr, gündəmdəki xəbərlərin dinləyicilərlə müzakirəsi, ən əsası isə aparıcılarımızın unikallığı ilə gününüz 100% alınacaq.Belə bir deyim var – “ *İnsanın xasiyyətini bilmək istəyirsənsə, onun səhərə necə**sevindiyinə bax* ”.Əminik ki, ”Təptəzə” səhər şousundan sonra xoşxasiyyətli adamların sayı xeyli artacaq!